Mədəniyyət evinə yeni direktor təyin olunub.
Realpress.az istinadla bildirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, idarə rəhbərinin əmrinə əsaslanaraq Məmmədov Amil Həsən oğlu Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, adı “Qızıl kitab”a yazılmış sənətçi eyni zamanda Prezident təqaüdçüsüdür.
Baş İdarənin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilir.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.