Samsung Galaxy A60 smartfonu təqdim edilib

Samsung Galaxy A60 smartfonu təqdim edilib
19 Apr 2019 12:30

"Samsung" şirkəti Çində orta sinifli "Galaxy A60" smartfonunun təqdimatını keçirib.

"ICTnews" Elektron Xəbər Xidməti "DGL" resursuna istinadən yazır ki, "Samsung Galaxy A60" modeli "Full HD " formatlı 6,3 düym diaqonallı "LCD" ekran və 32 meqapikselli ön kamera ilə təchiz edilib.

Ayrıca dinamikin nəzərdə tutulmamasına görə modeldə ekran səthini musiqinin səsləndirilməsi üçün alətə çevirən texnologiya tətbiq edilib.

Qurğu f/1.7 aperturlu 32, enlibucaq obyektivli (f/2.2) 8 və şəkillərdə fonun dağınıqlığı üçün 5 meqapikselli 3 arxa kameraya malikdir.

Modelin əsasını orta səviyyəli səkkiznüvəli "Qualcomm Snapdragon 675" prosessoru təşkil edir. Operativ və quraşdırılmış yaddaşın həcmi müvafiq olaraq 6 və 128 giqabayta bərabərdir. Akkumulyator tutumu isə 3500 milliamper/saat təşkil edir. Bundan əlavə, enerjinin doldurulması üçün "USB Type-C" portundan istifadə təklif olunur.

Çində qiyməti 300 dollar olacaq "Samsung Galaxy A60" smartfonunun digər ölkələrdə nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.


 


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.