Yuxusuzluq xəstəlikdir - İnsan gündə neçə saat yatmalıdır?

Yuxusuzluq xəstəlikdir - İnsan gündə neçə saat yatmalıdır?
17 Apr 2019 09:33

Yuxusuzluq son illər insanların ən çox əziyyət çəkdiyi problemlərdən biridir.

Yuxusuzluq ayrıca bir xəstəlik olduğu kimi bəzən depressiya, həyəcan pozuntusu və panikatakla yanaşı olur. Tibdə bu problemin adı insomnia (yuxusuzluq) adlandırılır və ondan insanların təxminən 25 faizi əziyyət çəkir. Alimlər yuxudan doymayan adamların bütün işləri ləng gördüyünü müəyyən ediblər. Yuxu rejminin pozulmasında yaranan yorğunluq isə çox vaxt daimi hal alır.

Yuxusuzluğun diqqqətsizlik, əsəb və stress hallarından başqa daha ciddi fəsadlara səbəb olunduğu aşkar olunub. Ümumilikdə yuxusuzluq 90-dan çox xəstəliyin əlamətidir. ABŞ-da aparılan tədqiqatlara əsasən müəyyən olub ki, yuxunun pozulması piylənməyə və arterial təyziqin yüksəlməsinə səbəb ola bilər.

Mütəxəssislər yuxunun pozulması ilə bağlı bir neçə amil göstərirlər. Məsələn, günorta yuxusu, hava qaralmadan yatağa girmək, ağır şam yeməyi, yataq otagına gələn səs, işıq, gecəyə qədər davam edən iş və yaxud emosional gərginlik də yuxu pozuntularına səbəb olur. Bəzi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından irəli da gəlir, ona görə də qida rasionuna fikir vermək lazımdır. Mədənin dolu olması da yuxuya mane ola bilir.

Yuxusuzluqla üzləşməmək üçün əsas amillərdən biri sinir sisteminin normal fəaliyyət göstərməsidir. Alimlər qeyd ediblər ki, əgər beyin hüceyrələri kifayət qədər istirahət etmirsə, onlar əvvəlki kimi fəliyyət göstərə bilməyəcəklər. Zərər çəkmiş hüceyrələr əsəb pozğunluqlarına və mərkəzi sinir sisteminin işində problemlərə gətirib çıxaracaq.

Bu problemlə bağlı psixoloq Enur Rüstəmov Modern.az-adanışıb: “Ümumiyyətlə həm fiziki, həm də psixoloji sağlamlığın mühim məqamlarından biri normal yuxu zamanının olmasıdır. Normal yuxu vaxtı norması insanda birbaşa həm fiziki, həm də psixoloji sağlamlığa mühim təsir göstərən faktordur. Bu gün bir çox narahatlıqların - söhbət psixoloji narahatlıqdan gedir- istər aqresiya, istərsə də əxlaq pozuntusu olsun, bir səbəbi də insanların yuxu vaxtının pozulması ilə bağlıdır. Buna təsir göstərən məqamlar içərisində ən mühümləri stress faktoru göstərilir. Əlavə olaraq  insanların ifrat informasiya ilə yüklənməsi, xüsusən də internet resursları onların yuxu vaxtına təsir göstərir və bu da gərginliyə gətirib çıxarır”.

Psixoloq sonda bildirib ki, çox yatmaq da bir narahatlıqdır. "İnsan 7-8 saat yatmalıdır ki, orqanizm özünü həm fiziki, həm də psixoloji cəhətdən bərpa etsin”.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.