Kanadada da “Qarabağ” klubu yaradıldı

Kanadada da “Qarabağ” klubu yaradıldı
15 Apr 2019 14:54


Kanadanın Toronto şəhərində bir qrup azərbaycanlı gənc “Qarabağ” adlı futbol klubu yaradıb.

realpress.az xəbər verir ki, ilk olaraq futbol komandasına 20 nəfər azərbaycanlı daxil olub.

Onu da bildirək ki, futbol klubunu yaradan gənclər Kanadanın Vaterloo Universitetində təhsil alanda “Qarabağ” adı altında futbol komandası yaradıb və həvəskar kimi çıxışlar ediblər.

Artıq yeni yaradılan “Qarabağ” üç mindən çox üzvü olan “Toronto Soccer Connection” təşkilatının tərkibindəki liqaya qoşulub.

“Qarabağ” futbol klubu artıq Torontoda tanınır və indi komandaya Azərbaycan, Türkiyə, Fransa, İrlandiya, Albaniya, Yaponiya və başqa ölkələrdən gələn gənclər də daxildir.


21 Apr 2019
İdman

Boksçu Elnur Səmədov erməni rəqibini məğlub etdi - VİDEO

Boksçu Elnur Səmədov erməni rəqibini məğlub etdi - VİDEO

19 Apr 2019
İdman

Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı

Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı

19 Apr 2019
İdman

Moskvada Azərbaycan-Qazaxıstan qarşıdurması — İdmançımız ağır döyüşə çıxır

Azərbaycanlı MMA döyüşçüsü, “TT Fight” klubunun üzvü Nəriman Abbasov növbəti döyüşünə çıxacaq.