Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb
15 Apr 2019 12:04

“IDC” analitik şirkəti fərdi kompüterlər bazarında aparılan tədqiqatın nəticələrini açıqlayıb. Cari ilin birinci rübünün yekunları üzrə lider tədarük həcmi 13,58 milyon qurğu təşkil edən ABŞ-ın “HP Inc.” şirkəti olub. Bu, bazarın ümumi həcminin 23,2 faizinə bərabərdir.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, ikinci yerdə əvvəlki iki rüb ərzində lider olan “Lenovo” şirkəti qərarlaşıb. 13,427 milyon qurğu tədarük edən Çin istehsalçısı bazarda 23 faiz paya sahib çıxıb. Üçüncü pillədə 10,379 milyon qurğu və 17,7 faiz bazar payı ilə ABŞ-ın “Dell Technologies” şirkəti yer alıb. Dördüncü mövqedə qərarlaşan “Apple” şirkəti isə 4,058 milyon qurğu və 6,9 faiz payla ilk liderlər üçlüyündən xeyli geri qalıb.

Liderlər beşliyini 3,588 milyon qurğu və 6,1 faiz tədarük payı ilə Tayvanın “Acer Group” şirkəti tamamlayıb. İlk beş aparıcı istehsalçının dünya fərdi kompüterlər bazarında ümumi payı isə 75 faiz təşkil edir.
Qeyd olunur ki, 2019-cu ilin birinci rübündə dünyada 58,484 milyon fərdi kompüter istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 3 faiz azdır.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.