Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
Realpress.az xəbər verir ki, rayonun Kəpənəkçi kənd sakini Ramil Nəsrəddin oğlu Mehdiyev idarə etdiyi “VAZ-21011” markalı, 62 BM 933 dövlət qeydiyyat nişanlı avtomobillə qəzaya uğrayıb. Hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəticədə maşın yolun kənarında olan ağaca çırpılıb.
Baş verən yol qəzası zamanı sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, 1987-ci il təvəllüdlü Ramin Abdulla oğlu Kərimov, 2003-cü il təvəllüldlü Camal Elxan oğlu Hacıyev yaralanıblar.
Yaralılar Zaqatala rayon Mərkəz Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.