Paltaryuyan maşında 6 saat yuyuldu, ölmədi – MÖCÜZƏ PİŞİK

Paltaryuyan maşında 6 saat yuyuldu, ölmədi – MÖCÜZƏ PİŞİK
15 Apr 2019 11:08

6 aylıq pişik Poppi paltaryuyan maşında 6 saatlıq yuyulmadan sonra sağ qalıb. 
Realpress.az Medicina.az-a istinadla bildirir ki, avstraliyalı Kim Barr paltar səbətində yuxuya gedən pişiyi görmədən onu paltarlarla birlikdə paltaryuyan maşına qoyub. Maşın işə düşdükdən bir neçə dəqiqə sonra isə o, Poppinin yoxa çıxdığının fərqinə varıb. Evin sahibəsi bütün evi axtarsa da, pişiyi tapa bilməyib. 
O, təsadüfən maşının sıxma rejiminə keçməsinə 10 dəqiqə qalmış pişiyin içəridə olduğunu görüb. 
Maşın işini bitirdikdən sonra pişiyi təcili olaraq veterinara çatdırıblar. Həkim müayinəsi nəticəsində onun  başından və gözündən zədə aldığı məlum olub. Bundan əlavə, Poppinin bədən temperaturu da normadan aşağı olub, ciyərlərinə isə su dolub. Buna baxmayaraq, heç bir qırığı olmayıb. 
3 həftədən sonra Poppinin səhhəti normallaşıb.
 
Buna bənzər hadisə 2011-ci ildə Şotlandiyada yaşanıb. Prinsessa ləqəbli pişik paltaryuyan maşından sağ-salamat çıxıb. Nəticədə heyvanın burnundan qan açılıb, gözləri ilə yuyucu tozun təsirindən iltihablaşıb. Amma bir müddət sonra o tamamilə sağalıb.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.