İranda çovğun və daşqın: 113 min nəfərə yardım edilib - VİDEO

İranda çovğun və daşqın: 113 min nəfərə yardım edilib - VİDEO
25 Mar 2019 15:35

10 gün ərzində İranın 13 vilayətində seldən zərər çəkən 113 mindən çox insana yardım edilib.

Realpress.az bildirir ki, Trend İranın Qırmızı Aypara Cəmiyyətinin informasiya portalına istinadən verdiyi məlumata görə, bunu Cəmiyyətin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, sel və daşqınlar nəticəsində xəsarət alan 922 nəfər tibb məntəqələrinə çatdırılıb.

Təşkilatın sədr müavini Şahin Fəthi isə bildirib ki, ötən 1 sutka ərzində İranın 13 vilayəti güclü qar, çovğun və daşqınlarla üzləşib:

"Bir gündə 34 şəhər və kənddə, eləcə də dağlıq ərazilərdə 1530 nəfərə yardım edilib və 200 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib".

İranın Lorestan vilayətində isə daşqınlar fəsadlar törətməyə başlayıb.

İranda yağıntıların martın 27-dək davam edəcəyi proqnozlaşdırılır.





19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.