Ərdoğan bu ifadənin patentini aldı

Ərdoğan bu ifadənin patentini aldı
25 Mar 2019 12:49

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya beşdən böyükdür" ifadəsinin patentini alıb.

Realpress.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Milliyyət" qəzeti məlumat yayıb.

Qəzet sözügedən ifadənin patentinin alınması üçün Ərdoğanın vəkilinin ötən ilin iyun ayında müraciət etdiyini bildirib.

Xəbərdə, həmçinin "Dünya beşdən böyükdür" ifadəsinin qorunduğu bildirilib. Belə ki, bundan sonra hər il Türkiyə və beynəlxalq zəmində brendin başqaları tərəfindən istifadə edilməsi qadağan olunub. Hər hansı bir ölkə bu ifadəni kommersiya məqsədilə işlədərsə, dərhal etiraz ediləcək və məhkəməyə veriləcək.

Qeyd edək ki, Türkiyə prezidenti bundan əvvəl də "Rəcəb Tayyib Ərdoğan" və "RTE" adlarının patentini almışdı.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.