Dişlərin təmizlənməsi zamanı 5 YAYILMIŞ SƏHV. Siz də bu səhvləri edirsiniz!

Dişlərin təmizlənməsi zamanı 5 YAYILMIŞ SƏHV. Siz də bu səhvləri edirsiniz!
25 Mar 2019 12:24

Sağlam və gözəl dişlər insanı daha cazibədar edir. Bundan əlavə dişlərin sağlam olması insanın ümumi sağlamlığında çox böyük rol oynayır.

Xarab dişlər mədə-bağırsaq və ürək-damar sistemi xəstəliklərinin riskini artırır, immun sisteminin zəiflənməsinə səbəb olur, hətta baş və boyun xərçəng xəstəliklərinin inkişafına səbəb ola bilər.

Saglamolun.az bildirir ki, diş xəstəliklərinin ən effektli profilaktik tədbiri dişlərin mütəmadi olaraq təmizlənməsidir. Lakin dişləri təmizlədikdə bir çoxlarımız bu kimi səhvləri edir:

1. Dişləri bərk sürtmək

Effektli təmizlənmə üçün bu tələb olunmur. Dişləri yüngül sürtmək lazımdır ki, diş emalı zədələnməsin.

2. Dişlərin təmizlənməsinə az vaxt ayırmaq

Dişlərin yaxşı təmizlənməsi üçün təxminən 3 dəqiqə lazımdır.

3. Dili təmizləməmək

Dilin üzərində çoxlu mikroblar toplanır ki, bu mikroblar dişlərin sağlamlığına ziyan vurur.

4. Hərəkətləri üfqi istiqamətdə etmək

Bu ən yayılmış səhvlərdəndir. Hərəkətlər şaquli istiqamətdə olmalıdır - damaqdan dişin tacına kimi.

5. Diş fırçasına düzgün qulluq etməmək

Nəm diş fırçası mikrob və göbələklərin çoxalması üçün çox yaxşı yerdir. Bu səbəbdən diş fırçasını hər istifadədən sonra sabunlu suda yumaq, yaxşı yaxalamaq və açıq yerdə (bağlı şkafda deyil!) saxlamaq lazımdır. Fırçanı hər 3 aydan bir dəyişin.

Bu kimi səhvlər dişlərin təmizlənməsinin xeyli effektivliyini azaldır.

Realpress.az



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.