Dinozavrlardan daha qədim - 500 milyon yaşı olan canlı tapılıb

Dinozavrlardan daha qədim - 500 milyon yaşı olan canlı tapılıb
25 Mar 2019 10:38

Paleontoloqlar uzun illərin araşdırmasından sonra yer üzündə milyonlarla illər öncə yaşamış sirli məxluq aşkar ediblər. 

Realpress.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, stiloforan (stylophoran), adlı bu məxluqu hələ 19-cu əsrin ortalarında daşlaşmış torpaqda aşkar edirlərmiş.

Alimlər uzun müddət onun təkamüldə hansı yeri tutduğunu müəyyən edə bilməyiblər. Ancaq bu yaxınlarda Mərakeş yaxınlığında bu varlığın tam izi, o cümlədən yumşaq toxumaları aşkar edilib.

Tapıntı onu müəyyən etməyə əsas verib ki, stiloforanlar iynəlilərə aid olub, dəniz kirpisi, dəniz ulduzu, zanbaq, dəniz xiyarı kimi müasir növlərin qədim əcdadıdır.

Qalıqların yaşının 478 milyon il olduğu müəyyən edilib. Alimlər təxmin edir ki, bu növ 510 milyon il əvvəl yaranı və 200 milyon il yaşayıb.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.