Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib

Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib
25 Mar 2019 09:19


Ötən il ərzində Azərbaycanda 280 mindən çox xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları aparılıb.

Trend-in məlumatına görə, 2018-ci ildə dövlət hesabına 22 nəfərə böyrək köçürülüb, 12 sümük iliyi transplantasiyası aparılıb.

Ötən il ərzində ölkədə dövlət hesabına 998 nəfər üzərində kardiocərrahiyyə əməliyyatı icra edilib. Onların 246-sı uşaq olub.

Qeyd edək ki, əvvəlki illərlə müqayisədə, Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı artır. Bu artıma səbəb insanların həyat tərzində baş verən dəyişikliklər, risk faktorlarının artması, qidalanmada təbiilikdən daha çox süniliyə keçiddir.

Hesab edilir ki, xəstəliklərin diaqnozunun daha rahat şəkildə qoyulma imkanlarının artması da statistik rəqəmlərin nisbi olaraq yüksəlməsinə gətirib çıxarır.

Ürək qüsurları anadangəlmə və qazanılmış olur. Uşaqlar arasında ən çox rast gəlinən ürək qüsurları anadangəlmə olur. Uşaq yaşlarında anadangəlmə ürək qüsurlarına rast gəlmə tezliyi Azərbaycanda da dünyada olduğu kimidir. Bu göstəricilərə görə, 1000 diri doğulan uşağın 8-10-da anadangəlmə ürək qüsuru olur.

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.