Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı bəyanatına sərt reaksiya verib.
TASS agentliyinin məlumatına görə, Ərdoğan Trampın bəyanatının təəssüf doğurduğunu bildirib.
O qeyd edib ki, ABŞ prezidentinin bəyanatı Yaxın Şərq regionunu yeni böhran həddinə gətirib çıxarıb.
“Türkiyə heç vaxt Qolan təpələrinin işğalının qanuniləşdirilməsinə imkan verməyəcək”, - deyə Türkiyə prezidenti İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısında çıxışı zamanı bildirib.
Onu da bildirək ki, Rusiya və Avropa İttifaqı məsələ ilə bağlı mövqelərinin dəyişmədiyini, İsrailin Qolan təpələri üzərində suverenliyini tanımadıqlarını bəyan ediblər.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.