Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü - YENİLƏNİB + FOTO

Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü - YENİLƏNİB + FOTO
22 Mar 2019 15:22


Goranboyda ağır yol-nəqliyyat hadisəsində  nəticəsində avtomobildə yanaraq ölən şəxslərdən birinin kimliyi məlum olub.

realpress.az Oxu.Az-a-a istinadən xəbər verir ki, bu, 1988-ci il təvəllüdlü Zəminə Mustafayevadır. 

09.22

Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər maşında yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən realpress.az-a verilən məlumata görə, Nemət Süleyman oğlu Məmmədovun idarə etdiyi 09-BL-987 dövlət nömrəli “Mercedes” markalı yük avtomobili ilə 20-CH-879 dövlət nömrəli “Ford” markalı minik avtomobilinin toqquşması nəticəsində “Ford”da yanğın baş verib. 

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində şəxsiyyəti bilinməyən iki nəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



29 Mar 2024
Cəmiyyət

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar - FOTO

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

29 Mar 2024
Cəmiyyət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

29 Mar 2024
Cəmiyyət

Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTO

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub.

29 Mar 2024
Cəmiyyət

Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO

Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı təmir-tikinti işlərinə başlanılıb.