Azərbaycanlı bloqer izləyicisinə “Gelandewagen” verəcək - YENİLƏNİB + VİDEO

Azərbaycanlı bloqer izləyicisinə “Gelandewagen” verəcək - YENİLƏNİB + VİDEO
21 Mar 2019 12:35


Xəbər verdiyimiz kimi, Rusiyada fəaliyyət göstərən azərbaycanlı videobloqer Hüseyn Həsənov şəxsi qırmızı rəngdə “Galendewagen” avtomobilini müsabiqə yolu ilə hədiyyə vermək qərarına gəlib.

realpress.az xəbər verir ki, iki gün ərzində izləyicilər şəxsi Instagram səhifələrinin “hekayə” bölməsində Hüseynin Instagram hesabını tag edib #геликподписчику #гусейн10млн yazmalı idilər. 

Onların “tag”ları isə Hüseynin Instagram hesabının mesaj şəklində “direct”inə gəlib. Həsənov gecəyarısı 10 dəq ərzində gözlərini bağlayıb və rəsmi səhifəsinin mesaj bölümündə aşağıdan yuxarı swipe etməyə başlayıb. 

Instagram hesabında 10 milyondan çox izləyicisi olan Hüseynin bu canlı efirini rekord göstərici 800 mindən daha çox insan izləyib. 

Videobloqer keçirdiyi yarışmanı ən şəffaf müsabiqə adlandırıb.

Nəticədə Hüseyn Həsənovun keçirdiyi bu müsabiqənin qalibi, bir sözlə “Galendewagen”nin sahibi 17 yaşlı ukraynalı Anastasiya Xavrutskaya adlı bir xanım izləyici olub.
 
Bloqer vurğulayıb ki , Anastasiyaya nəyin ki, öz şəxsi avtomobilini hədiyyə edəcək həmdə onu lüks restoranların birində şam yeməyinə dəvət edəcək.

20.03.2019 13:57

Rusiyanın məşhur videobloqeri Hüseyn Həsənov yenidən izləyicilərini hərəkəti ilə heyrətləndirib.

realpress.az xəbər verir ki, o, şəxsi Instagram hesabında izləyicilər arasında ənənəvi müsabiqə keçirib.

Şərtlərə əsasən izləyicilər şəxsi Instagram səhifələrinin “hekayə” bölməsində Hüseynin Instagram hesabını tag edib #геликподписчику #гусейн10млн yazmalıdır. Həsənov həmin şəxslər arasından seçim edərək onlara 100 min rus rublu hədiyyə verib. 

Bununla yanaşı yaxın günlərdə müsabiqə yolu ilə videobloqer şəxsi “Gelandewagen” avtomobilini izləyicilərindən birinə hədiyyə edəcək. Bunu onun Instagram hesabının “tarix” bölməsinə baxdıqda, aydın görmək olar.

Qeyd edək ki, bu, azərbaycanlı Hüseyn Həsənovun sosial şəbəkə hesabında keçirdiyi ilk və yeganə müsabiqə deyil. Bundan bir müddət öncə o, özünün idarə etdiyi qırmızı rəngdə lüks “Ferrari” avtomobilini hədiyyə etmişdi. 



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.