Nazarbayev istefa verməzdən əvvəl Putinlə söhbətləşib - VİDEO

Nazarbayev istefa verməzdən əvvəl Putinlə söhbətləşib - VİDEO
20 Mar 2019 11:14

Qazaxıstan lideri Nursultan Nazarbayev istefa qərarını xalqa açıqlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putinlə söhbətləşib.

Realpress.az  Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 

Peskov deyib ki, Kreml mətbuat xidməti liderlərin telefon danışığı barədə indi heç bir şərh verə bilməyəcək. 

Nazarbayevin istefasından sonra prezident seçkilərinə qədər dövlət başçısı səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomar Tokayev yerinə yetirəcək.

Son bir neçə ayda, hətta ildə cənab Nazarbayevin istefaya gedəcəyi barədə spekulyasiyalar dolaşırdı.

Bu şaiyələr bu yaxınlarda daha da güclənmişdi - çünki o, Konstitusiya Məhkəməsindən prezidentin istefası prosesini aydınlaşdırmağı rəsmən istəmişdi. Məhkəmə isə demişdi ki, prezidentin istefa etmək hüququ var.

Çoxları üçün, onun tezliklə istefaya gedəcəyi aydın idi. Ancaq bütün hallarda, onun bu günkü bəyanatı hamıya təəccüblü gəldi.

Cənab Nazarbayev müstəqil Qazaxıstanın yeganə prezidenti olub. Çoxları ona ömürlük prezident kimi yanaşırdı - bu isə Mərkəzi Asiyanın avtoritar dövlətlərində yayılmış bir təcrübədir.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.