Aysel Əlizadə Xoşqədəm Hidayətqızını məhkəməyə verdi - VİDEO

Aysel Əlizadə Xoşqədəm Hidayətqızını məhkəməyə verdi - VİDEO
20 Mar 2019 10:43


Xəbər verdiyimiz kimi Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində Turanə adlı qadın müğənni Aysel Əlizadənin onun ailəsini dağıtdığı haqda ilginc açıqlamalar verib. Proqramda yaşanan gərgin anlardan sonra məsələ daha da böyüyüb. 

realpress.az xəbər verir ki, Ayselin vəkili Ruhin Yolçuyev Xoşqədəm Hidayətqızına məktub yollayıb. 

Xoşqədəm isə məktubda yazılanları canlı efirdə səsləndirib. Nəticə etibari ilə müğənni Aysel Əlizadə Xoşqədəm Hidayətqızını məhkəməyə verib. Qeyd olunub ki, Turanə adlı şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirilmiş, təhqir edilmiş Ayselin şəxsi və ailə həyatı ilə bağlı məlumatlar razılığı olmadan yayımlanıb.

X. Hidayətqızı Ayselə efir vasitəsi ilə müraciət edib və studiyaya gəlib özünün şəxsən yaşananlarla bağlı açıqlama verməsini istəyib. “Bu cür gözəlliyə sahib olan, gənc qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver. Azərbaycanda namuslu qızların sayının çox olmasını istəyirəm”. 

Veriliş aparıcısı səsi olmayan müğənnilərin efirə buraxılmasının doğru saymadığını deyərək, uşaqların onlara baxıb pis örnək götürdüyünü bildirib. 

Qeyd edək ki, Turanə “Yetim” ləqəbli ərinin müğənni Aysel ilə sevgi yaşadığını və ona “Porshe” markalı lüks avtomobil aldığını söyləyib. Həmçinin Turanə həyat yoldaşı Elçin Nəcəfovun avtosalonlara malik olduğunu və tikinti işi ilə məşğul olduğunu dilə gətirib. 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.