Hər qidanın öz saatı var – Əti, yumurtanı, meyvəni nə vaxt yeməli?

Hər qidanın öz saatı var – Əti, yumurtanı, meyvəni nə vaxt yeməli?
20 Mar 2019 09:43

Düzgün qidalanma gün ərzində yeyəcəyiniz ərzaqları həzm olma prinsipinə görə düzgün vaxtlarda bölüşdürmək deməkdir.

Səhərin qidası ayrı, axşamən yeməyi ayrıdır.

Medicina.az hər ərzağın uyğun saatını təqdim edir.

Qəhvə

Filmlərdəki kimi bir fincan qəhvə ilə günə başlamaq filmlərdə gözəl görünə bilər, real həyatda isə sizə mədə yanğısı, qastrit, bağırsaq qıcıqlanmasından başqa bir şey verməyəcək.

Qəhvə axşamüstü və axşam, yuxudan 2-3 saat əvvəl içilə bilər. Bu günboyu yığılmış neqativi aradan qaldırıb, əhvalı düzəldəcək.

Yağlı ət

İstər quzu, qoyun, dana, donuz əti olsun, bunların həzmi üçün 4-5 saat lazımdır. Proteinlə zəngin qidalar günorta yeyilməlidir. Bu sizin iş gücünüzü də artırar. Axşam ət yemək yuxunu pozur.

Sıyıqlar

Bütün sıyıqlar, xüsusən yarma sıyıqları səhər yeyilməlidir. O, mədənin selikli qişasını örtür, müdafiə edir, turşuluqdan qoruyur.
Həmçinin orqanizmi faydalı elementlərlə təmin edir.

Yumurta

Gün ərzində toxluq hissi yaradır, deməli, səhərlər, ən geci günaşırı saat 11-12 də yeyilə bilər. Amma yaxşı olar ki, suda bişmiş yumurta yeyəsiz.

İsti şorbalar

Sovet dövründən nahara ilk olaraq şorba verilməsi yaxşı ənənədir. Amma dietoloqlar şorbanın axşam yeməyinə yeyilməsini məsləhət görür. Çünki bu sakitləşməyə, yaxşı yatmağa kömək edər. Həm də axşama şorba yemək piylənmə yaratmır. Amma axşama noxud, mərci, paxlalı şorba olmaz

Sitrus meyvələri

Acqarına, səhər yemək qəti olmaz. Ən yaxşı qəbul saatı gündüz 11-12, 3-4 arasıdır.

Çörək

1 dilim səhər, bir dilim də günorta yemək bağırsaqlar üçün yaxşıdır, həm də enerji verir. Axşama isə qaba undan makaron, pasta yeyə bilərsiz.

Tərəvəzlər

Həm salatları, həm qarnir kimi bişmiş tərəvəz günorta və axşam 6-a kimi yeyilə bilər. Səhər və gecə saatlarında tərəvəzlər məsləhət deyil.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.