Gözünüzdəki bu problem xərçəngin əlamətidir! - XƏBƏRDARLIQ

Gözünüzdəki bu problem xərçəngin əlamətidir! - XƏBƏRDARLIQ
18 Mar 2019 17:18

İnsanın gözlərinə baxaraq, onun haqda çox söz söyləmək olar. Gözlər insanın yalnız daxili aləmindən yox, həm də sağlamlığından xəbər verir. Gözdə yaranmış problemlər insanın, hətta ağlına belə gəlməyən bir çox xəstəliklərin əlaməti ola bilər.
Realpress.az Medicina.az-a istinadən sizə bu əlamətlərdən bir neçəsinin səbəbini açıqlayır: 
1. İtdirsəyi 
Yəqin ki, hər birinizin gözlərində nə vaxtsa itdirsəyi çıxıb. Çox ağrılı olmasına baxmayaraq, adətən bir neçə gündən sonra öz-özünə itib gedir. Əgər 3 ay müddətində itdirsəyi çəkilib getmirsə, o zaman bu piy vəzilərinin bədxassəli şişi kimi nadir bir xərçəng növü ola bilər. 
2. Qaşların tökülməsi 
Saçların tökülməsinin səbəbləri müxtəlifdir. Əgər qaşlar tökülərsə, bu qalxanabənzər vəzin işində ciddi problemlərin olmasından xəbər verir. 
3. Bulanıq görmə 
Əgər siz kompüterdən tez-tez istifadə edirsinizsə, o zaman gözlərinizdə yanma və ya bulanıq görmə müşahidə edə bilərsiniz. Əgər ekrana baxarkən görüntü qeyri-dəqiqdirsə, deməli, sizdə "kompüter görməsi” sindromu yaranıb. 
Gələcəkdə bu sizə narahatlıq yaradacaq. Buna görə də yaxşı olardı ki, təxirə salmadan həkimə müraciət edəsiniz. 
4. Kor ləkə 
Görmə əhatəsində olan kiçicik kor ləkənin səbəbi var.  Əgər bu ləkə yanıb-sönən işıq və dalğavari xətlərlə müşahidə edilərsə, o zaman bu, miqrenin əlamətidir. Kor ləkənin əmələ gəlməsi baş ağrısı ilə də müşahidə edilir. 
5. Bərəlmiş gözlər
Bu əlamət qalxanabənzər vəzin problemindən xəbər verir. Onun əsas səbəbi bu vəzin həddən artıq aktivliyi, yəni hipertireozdur. 
6. Göz ağının saralması 
Bu hal sarılıq kimi tanınır. Əsas səbəbi qaraciyər və öd kisəsi problemləridir. 
7. Dumanlı görmə 
Şəkərli diabetdən əziyyət çəkən insanlar, göz xəstəliklərinə daha çox məruz qalırlar. Diabet xəstələrində ən çox yayılan göz problemi diabetik retinopatiyadır. Bu xəstəlik gözlərin qan-damar sisteminə təsir edir.  Bu səbəbdən bəzi şəkər xəstələrində hətta korluq da yaranır. 


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.