İlkin Həsəni qızı Alisanın ilk fotosunu paylaşdı - FOTO

İlkin Həsəni qızı Alisanın ilk fotosunu paylaşdı - FOTO
18 Mar 2019 11:31

İlkin Həsəni ilk dəfə qızı Alisanın üzünü göstərib.

Realpress.az 
xəbər verir ki, düz 1 il əvvəl ata olan aparıcı və aktyor qızının ilk doğum gününü "İntagram"da foto paylaşaraq təbrik edib:

“Düz 1 il öncə həyatımın ən böyük və ən məsuliyyətli həyəcan siqnalı çalındı. Hər şey o qədər ani, o qədər tez baş verdi ki, gəlişini mayda gözləyirdik, özünü sevimli marta çatdırdı. İlk dəfə idi ki, qəribə bir həyəcan içində idim, həyatın hər çətinliyinə hazır olan bir adam indi sakitcə dayanıb qapalı “küvez”dən, üzərinə zond və müxtəlif sistemlər qoşulmuş 1 kiloqram 800 qramlıq bir möcüzəyə baxırdı. Görəsən, necə olacaq fikirləri ilə üz-üzə idim. İl keçdi və bu gün mənə atalıq statusu bəxş edən bu möcüzənin ilk doğum günüdür, 1 yaşın mübarək, qızım.

P.S. Bu foto isə həkimlərin “narahat olmayın, hər şey yaxşı olacaq” dedikdən sonra çəkilib. Yaşadığım ən gözəl anları isə balaca möcüzə gözləyən bütün ailələrə arzulayıram!”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.