Suyu qaynadıb içmək zərərlidir - Həkimdən açıqlama

Suyu qaynadıb içmək zərərlidir - Həkimdən açıqlama
18 Mar 2019 09:33

Bəzən suyun çirkli olmasına görə suyu qaynadıb içirik. Qaynadılmış suyu içəndə aşağıda yazılanları bilsəniz yəqin ki, bir daha içməzsiniz.
Realpress.az Medicina.az-a istinadla xəbər verir ki, tanınmış həkim, xalq təbabəti üzrə bilicisi Füzuli Hüseynov bildirib ki,  su qaynayan zaman tərkibindəki kalsium, kalium, maqnezium, karbonantlar və başqa minerallar sudan ayrılıb qaynayan qabın iç divarlarına yapışaraq sudan ayrılır, belə deyək su mineralsızlaşır.
İkincisi, su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigen səviyyəsini aşağı salır, su nə qədər çox qaynayarsa, bir o qədər ağırlaşır (xatırladım ki, atom sənayesində istifadə olunan ağır su sayılan deyterium da suyun dəfələrlə qaynadılması və hidroliz olması nəticəsində alınır). Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir.
Daimi qaynadılmış su içən insanların dəriləri sönük (əksinə çiy su içənlərin dəriləri parlaq olur), saçları cansız, fiziki aktivlikləri həmişə aşağı səviyyədə olur.
Üçüncüsü suyu zərərsizləşdirmək üçün suya vurulan xlor su qaynadıldıqdan sonra artıq zərərli bir birləşmə əmələ gətirir. Hal-hazırda su təmizləyici qurğular satılır. Bu qurğular vasitəsilə adi suyu təmizləyib istifadə edə bilərsiniz və ya marketlərdə təmiz içməli sular satılır, onlardan da istifadə edə bilərsiniz.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.