Yüksək təzyiq xəstələri bu saatda yatsın - Həkimlərdən yenilik

Yüksək təzyiq xəstələri bu saatda yatsın - Həkimlərdən yenilik
16 Mar 2019 11:09

Təzyiqin az da olsa normadan kənara çıxıb yüksəlməsi ürək-damar xəstəliyi və beyinə qansızma riskini artırır.

Realpress.az Medicina.az-a istinadən alimlərin yüksək təzyiq xəstələrinə məsləhət gördüyü yeni və asan metodu təqdim edir. Bu gündüz yuxusudur. Təzyiqi olanlar üçün günorta az da olsa yatmaq çox yaxşıdır. Bunu Amerika kardioloji kollecinin araşdırmaçı qrupu təyin edib.

Gündüzlər yeməkdən sonra mürgüləmək arterial təzyiqə duzdan və içkidən imtinaya bərabər faydalı təsir edir. Günortalar yatan xəstələrin təzyiqi 5 mm aşağı olur.

Təcrübədə 212 nəfər orta dərəcədə təzyiq xəstəsi olan insanlar iştirak edib. Hər 4 nəfərdən biri diabet xəstəsi idi. Tədqiqatçılar onların təzyiqini 24 saat izləmədə saxlayıb və həyat tərzini, vərdişlərini xarakterizə edib.

Məlum olub ki, günortalar mürgüləyən insanlarda sistolik arterial təzyiq sutka ərzində 5,3 mm aşağı idi, nəinki günorta yatmayanlarda. Günorta mürgüləməyənlərin təzyiqi 132-ə çatırdı.



8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.