Atletimiz dünya birincisi oldu - FOTO

Atletimiz dünya birincisi oldu - FOTO
16 Mar 2019 10:35


ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında səkkizinci dünya birinciliyi başa çatıb. 

50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər.

Son olaraq körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Rəhman Kazımov çıxıb. O, +102 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 131 kq-ı ram edərək beşinci yeri tutub.

Təkanla qaldırma hərəkətində isə Rəhman tarixi uğurla yadda qalıb. Hər üçün yanaşmasını uğurla yerinə yetirən idmançımız 174 kq-ı başı üzərinə qaldırmağı bacarıb. 

Bu nəticə ilə o bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb.

Azərbaycan yeniyetmə ağır atletikası tarixində bu günə qədər heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmamışdı.

Bu baxımdan Kazımovun medalı bir ilkdir.

Toplam 305 kq (131+174) nəticə ilə Rəhman Kazımov yekun sıralamada 4-cü yeri tutub.

Yarışı toplam altı medal – beş kiçik və bir bürünc medalla bitirən Azərbaycan yığma komandası dünya birinciliyində beşinci yeri tutub.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.