Beynimizi 4 gündə öldürən qidalar - SİYAHI

Beynimizi 4 gündə öldürən qidalar - SİYAHI
16 Mar 2019 09:02

Amerika Nevrologiya Akademiyası tərəfindən aparılan araşdırmaya görə, yağlı və şəkərli qidalar 4 gün ərzində yaddaşınıza, diqqətinizə və əhvalınıza mənfi təsir edir. 
Realpress.az Medicina.az-a istinadla xəbər verir ki, yoxlamalar 4 gün ərzində, xüsusən səhər yeməyində ağır şəkərli və yağlı qidalar qəbul edən insanlarda aparılıb. 
Nəticədə isə həmin insanların səhhətində problemlər müşahidə edilib. Oksford universitetində aparılan başqa bir araşdırmada isə tərkibində yağlılıq çox olan qidaların insanları ən ağır psixoloji vəziyyətə saldığı bildirilir. 
Uzunmüddətli təcrübələr də bu faktı təsdiq edib. Alimlər bildirib ki, yağlı xörəklərə üstünlük verənlərin beyni daha tez qocalır, onlarda bir çox xəstəliklər müşahidə edilir. 
Aparılan tədqiqatlarda 2 qrup insanın az yağlı və "fast food” kimi çox yağlı qidalar qəbul etməsi nəticəsində beyin funksiyalarında fərqliliklər aşkarlanıb. Çox yağlı qidalanan insanlarda kökəlməkdən əlavə, bədəndə toplanmış çox yağ səbəbindən mərkəzi sinir sistemində immuniteti qoruyan hüceyrələrdə xroniki iltihablanmaya səbəb olur. 
Beyin hüceyrələrinin ölməsi ilk növbədə bir sıra əlamətlərlə özünü büruzə verir. Belə insanların diqqəti pozulur, onlar adları xatırlamaqda çətinlik çəkir, özlərini daima yuxulu hiss edirlər. 
Yaxşı xəbər isə odur ki, sağlam həyat tərzinə keçib, yağlı qidalardan uzaq durduqda, beyin sürətlə özünü bərpa edir. Siz də yaddaşsızlıqdan, diqqətinizin yayınmasından şikayətçisinizsə, dərhal qidalanma tərzinizi dəyişməyiniz məsləhət görülür.
 

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.