Yeni Windows 10 ilə Android-li telefonlar idarə olunacaq

Yeni Windows 10 ilə Android-li telefonlar idarə olunacaq
16 Mar 2019 08:58

Test mərhələsindəki yeni Windows yeniləməsi ilə Android əməliyyat sistemli telefonlarla kompüter ekranından istifadə etmək mümkün olacaq.

Realpress.az chip.az-a istinadən bildirir ki, Microsoft-un Windows Phone ilə işi qurtarandan bəri, texnologiya nəhəngi digər iki böyük ağıllı telefon əməliyyat sistemi ilə inteqrasiya planlaşdırırdı ki, xüsusən Android sistemli telefonlar daha çox diqqət mərkəzində idi.

Qeyd edək ki, ötən ilin may ayında Your Phone adlı bir tətbiqlə kompüterlərə məktub və fotoşəkilləri sürətli köçürmə xüsusiyyəti istifadəçilərə təqdim olunmuşdu. Microsoft bu gündən etibarən, Android əməliyyat sistemli telefonların ekranını kompüterə əks etdirməyinizə imkan yaradır.

Belə ki, bu özəllik Windows 10 Insider-in ən son variantında istifadəyə təqdim olunur. Your Phone tətbiqindəki dəyişiklərin tam olaraq yekunlaşması bir neçə gün davam edə bilər. Təəssüf ki bu özəllik bu an üçün yalnız Android 7.0 üzərindəki əməliyyat  sistemlərini dəstəkləyir.

Bundan başqa, tətbiqdən istifadə edə bilmək üçün kompüterinizə aşağı enerjili bir Bluetooth radio avadanlığı quraşdırmağınıza ehtiyacınız var. Microsoftun bu xüsusiyyəti saxlayan yeganə kompüteri hazırda Surface Go olduğu üçün, digər kompüterlərdə bu xüsusiyyəti istifadə etmək üçün Bluetooth-u özünüz dəyişməlisiniz.

Microsoft, bu xüsusiyyəti zaman içində daha çox telefon və kompüterə yetirməyi planlaşdırır. Haqqında bəhs etdiyimiz özəlliklər Windows 10-un bir sonrakı variantına qədər çoxda geniş istifadə olunmayacaq. Bu səbəblə şirkətin daha fərqli dəyişikliklər etməsi də gözlənilə bilər.

Qeyd edək ki, Microsoft, kompüterə ekran əks etdirmə tətbiqinə sahib ilk şirkət deyil. Məsələn, Dell-in Mobile Connect adlı bir tətbiq var.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.