Azərbaycan Ordusunun təlimlərindən QÜRURLANDIRAN GÖRÜNTÜLƏR (VİDEO)

Azərbaycan Ordusunun təlimlərindən QÜRURLANDIRAN GÖRÜNTÜLƏR (VİDEO)
15 Mar 2019 09:17

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Realpress.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təlimin niyyətinə uyğun olaraq müxtəlif qoşun növləri silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını məşq ediblər.

Ümumqoşun döyüşünün müasir qaydalarına əməl edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan həmlələri nəzərə alınaraq qoşunlar, eləcə də idarəetmə sistemləri qarşılıqlı əlaqədə effektiv fəaliyyət nümayiş etdiriblər.

Poliqonlarda və müasir qurğularla təchiz edilmiş təlim sahələrində bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetiriblər.

Əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların yeni üsullarla icrasına yönəldilib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.