Sağlamlıq üçün təhlükəli olan ədviyyatlar — SİYAHI

Sağlamlıq üçün təhlükəli olan ədviyyatlar — SİYAHI
15 Mar 2019 08:57

Mətbəxi ədviyyatlarsız təsəvvür etmək çətindir. Onlar yeməklərə və şirniyyatlara xüsusi tam verməklə yanaşı bir sıra faydaları da mövcuddur. Amma onlar heç də həmişə düşüldüyü kimi fayda vermir. Orta əsrlərin məşhur həkimi və əlkimyaçısı Parasels bildirib: "Hər şey zəhərdir. Hər şey dərmandır. Amma hər ikisini miqdardan asılıdır" Alimlər mətbəxdə istifadə edilən ən təhlükəli ədviyyatların adlarını açıqlayıblar. Sağlamlığa zərər vurmamaq üçün onlardan tamamilə imtina etmək deyil, sadəcə olaraq miqdarına diqqət yetirmək lazımdır. O zaman bu ədviyyatlar faydalı olacaqdır.

Realpress.az medicina.az-a istinadən həmin ədviyyatları təqdim edir:  

1. Duz

Siyahının ən birinci yerində duz dayanır. Çoxsaylı araşdırmarların nəticələrinə görə, natrium xlorid böyrəklərin və qan damarlarının xəstəliklərinə səbəb olur. Bədənə düşən duzun qatılığını azaltmaq üçün əlavə maye qəbuluna ehtiyac olur. Bu isə qan təzyiqinin artmasına və buna bağlı olaraq infarkt və insult riskinin yaranmasına gətirib çıxarır.

2. Mayonez
Duzdan əlavə mayonezin tərkibində yumurta sarısı var ki, bu ərzaq pasterizasiya olunmadan istifadə edilir. Bu isə salmonella ilə yoluxma riskini artırır. Həmçinin də 1 x/q mayonezdə gündəlik normanın 15% qədər yağ var.

3. Soya sousu
Bir xörək qaşığı soya sousunda 880 mq duz olur. Bu isə gündəlik normadan bir qədər azdır. Həmçinin də, soya sousu soya bitkisinin fermentləşdirilmiş pastasına 2% alkoqol əlavə edilərək hazırlanır. Bu isə soya sousunu zəif likor olmasından xəbər verir.

4. Darçın və muskat qozu

Bu ədviyyatları yalnız bişintilərə və desertlərə əlavə etmək tövsiyə olunur. Hər iki ədviyyatdan həddən artıq çox istifadə edildikdə spazma və konvulsiyaya səbəb ola bilər.

5. Rozmarin

Yəqin çoxları rozmarinin cavanlaşdırıcı təsirindən xəbərdardır. Amma bu bitkini qətiyyən hamilə qadınlar istifadə etməməlidirlər. Həmçinin rozmarin sidikqovucu təsirə malik olduğu üçün böyrəklərə ciddi təzyiq göstərir. Qan dövranını yüksəltdiyi üçün hipertoniya xəstələrinə məsləhət görülmür.

6. Mixək

Bu ədviyyatı çox vaxt şirniyyatlara və balıq yeməklərinə vururlar. Amma bir çoxları mixəyin güclü yuxugətirici xüsusiyyətə malik olmasından xəbərsizdirlər.

7. Adaçayı

Latın dilində adaçayı sözünün tərcüməsi "sağlamlıq" deməkdir. Amma adaçayı bitkisinin yağında monoterpin adlı toksik maddə mövcuddur. Bu bitkidən çox istifadə etmək taxikardiya, qıcolma və hallüsinasiyaya səbəb ola bilir.

Bəzi ətirli qida əlavələri bir-biri ilə uyğun gəlmir. Məsələn, reyhanı yaxşı olardı ki, sarımsaqda başqa digər ədviyyatlarla qarışdırmayasınız. Zirə isə yalnız anis, razayana və istiotla uyğun gəlir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.