Rusiyada qanuni oğrulara verilən cəzalar sərtləşdirildi — YENİ QANUN

Rusiyada qanuni oğrulara verilən cəzalar sərtləşdirildi — YENİ QANUN
14 Mar 2019 15:22

Rusiyanın Dövlət Duması üçüncü oxunuşdan sonra “qanuni oğru”lara cəza verilməsi barədə qanun layihəsini qəbul edib.

Realpress.az xəbər verir ki, qanun cinayət qruplaşmalarının liderlərinin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Sənədə əsasən, əgər “qanuni oğru” cinayət ierarxiyasında yüksək mövqe tutursa, 8-15 il azadlıqdan məhrum etmə cəzası və 5 milyon rubl cəriməyə məhkum edilə bilər.

Bundan sonra “qanuni oğru”lara şərti cəza vermək və minimum cəza ilə həbsxanaya göndərmək mümkün olmayacaq. Bundan başqa cinayət “razborkaları”nda iştirak etmək də 12-20 il həbs cəzası və 1 milyon rubl cərimə ilə nəticələnə bilər.

Təkcə ötən il Rusiyada 36 “qanuni oğru” saxlanılıb. Onlardan 8-i deport edilib. Hazırda 77 “qanuni oğru” həbsdədir. Bu isə Rusiya ərazisində fəaliyyət göstərən kriminal bossların üçdə biri deməkdir.


24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.