Valideynlərə XƏBƏRDARLIQ! Uşaqlarınıza bu oyuncaqları almayın - ZƏRƏRLİDİR

Valideynlərə XƏBƏRDARLIQ! Uşaqlarınıza bu oyuncaqları almayın - ZƏRƏRLİDİR
14 Mar 2019 15:16

Uşaqlarda yaradıcılığın inkişafı üçün adətən onlara çoxlu oyuncaq alınır. Lakin daha çox oyuncaq uşaqlara mənfi təsir göstərir. Uşaqların ən önəmli faəliyyətlərindən biri məhz oyunlardır. Onların həyatında xüsusi rola malik olan oyuncaqların seçimi isə mühüm əhəmiyyət kəsb edir.
 
Mövzu ilə bağlı psixoloq Səbinə Bayramova Medicina.az-a bildirir ki, oyuncaq seçimi edərkən, valideynlər həmin oyuncağın uşağın zəka inkişafına dəstəkləyici olmasına diqqət etməlidir: "Öyrədici oyuncaqlar əyləncəli olmaqla yanaşı, uşaqların həm özünü, həm də cevrəsini, ətraf mühiti tanımalarına yardımçı olan vasitələrdədir. Oyuncaqlar uşağın yaşına və inkişafına uyğun seçilməyəndə mənfi təsirlər yaradır. Yəni uşağın yaş və inkişafına uyğun oyuncaq seçimi edildikdə, uşağın inkişafı da onun təsiri ilə irəliləyir”. 
Psixoloqun sözlərinə görə, oyuncaqlar uşağın yaşına görə alınmalıdır: "Uşaqlar əgər kiçik yaş dövründədirsə, burada rənglər də rol oynayır. 4 rəng: qırmızı, yaşıl, sarı, mavi. Bu 4 rəng uşağın həm diqqətini korreksiya edir, həm görmə qabiliyyətinin inkişafına kömək edir, həm də intellektual qabiliyyətlərini yüksəldir. Bu səbəbdən əsasən kiçik yaş dövründə bu rəngli oyuncaqlara üstünlük verilməlidir”. 
S.Bayramova deyir ki, cürbəcür rənglər uşaqlarda diqqət əskikliyinə yol açır: "Azyaşlı uşaqlara daha az oyuncaq almaq kifayət edir. Kiçik yaşlarında daha az oyuncaq olmalıdır ki, uşaq ona bələd ola bilsin, onu digər şəyalardan ayırd edə bilsin. Körpə uşaqlara 2-3 oyuncaq almaq məsləhətlidir. Getdikcə o, artıq öz oyuncağını tanıdıqdan, ətraf mühiti ayırd etdikdən sonra oyuncaqları artıra bilərsiniz”. 
Valideynlər bəzən uşaqlarının oyuncağını sındırmasına əsəbləşir, onlara cəza verirlər. Psixoloq deyir ki, bu, doğru deyil: "Uşaqlar öyrənmək məqsədi ilə oyuncağın içini görmək istəyir, onu açır, sökür, içinə baxmaq istəyir. Bu, əslində normal haldır. Əksinə uşaq sakit davransa, heç bir araşdırma aparmasa, oyuncaqdan bu şəkildə istifadə etməsə, bu zaman narahat olmaq lazımdır. Belə nüanslarda uşaqlar yaşıdlarından geri qalır".
Əksər valideynlər övladlarının oynadığı oyuncaqlarda cins etibarilə ayrıcalıq edirlər. "Sən oğlansan, qız oyuncağı ilə oynama və yaxud əksinə. Valideyn bu durumu müşahidə etdikdə təşvişə düşür. Psixoloq bu narahatlığın əsassız olduğunu qeyd edir: "Qadağalar balacaların həmin oyuncaqlara marağını daha da artırır. Çünki oğlan uşaqlarının da qız uşaqlarının da həyatlarında həm qadın, həm kişi var. Anaları ataları... Ümumiyyətlə, oyuncaq uşaqlarda fiziki, zehni, psixoloji təsirlərə malik olduğu üçün bir çox məqamlara diqqət etmək lazımdır. Birinci növbədə uşağın yaşı nəzərə alınmalıdır. İti kənarları olan zərərverici oyuncaqlardan uzaq durmaq lazımdır. Azyaşlı uşaqlara kiçik hissələrə parçalanan oyuncaqlar vermək olmaz. Kimyəvi boyalardan istifadə olunan oyuncaqların uşaqlara  verilməsi məsləhətli deyil. Ümumiyyətlə, zərər verməyən oyuncaqlar olması məsləhətlidir. Elektronik oyuncaqlar uşaqların təkbaşına  oynamasına yol açır. Bu da onların sosiallaşmasının qarşısını alır. Bu baxımdan belə oyuncaqlar da məsləhətli hesab olunmur”.

Realpress.az


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.