Atam anamı sevib və qaçırdıb - Həsənağa Turabovun qızından Flora Kərimovaya CAVAB

Atam anamı sevib və qaçırdıb - Həsənağa Turabovun qızından Flora Kərimovaya CAVAB
14 Mar 2019 14:41

Mərhum xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova xalq artisti Flora Kərimovaya cavab verib.

Realpress.az ölkə.az-a istinadən xəbər verir ki, sənətkarın qızı bildirib ki, atasının Flora Kərimovanın Həsənağa Turabovun onu sevməsi barədə dedikləri həqiqəti əks etdirmir: 

"Atamın Flora Kərimovanı sevməsi ilə bağlı yaxın vaxtlara qədər nə mən, nə də ailəmiz eşitməyib. Atamla anam bir məktəbdə oxuyublar. Atam anamı sevib. İkincisi, Flora xanıma böyük hörmətim var, biz onun mahnıları ilə böyümüşük. Anam da ona hörmətlə yanaşır. İnanmaram ki, belə bir söhbət olub. 

Bütün qohumlar bilirdi ki, babam anamı atama vermək istəməyib, atam da anamı qaçırdıb. Anamla atam nişanlı olublar. Sonradan babam deyib ki, bakılıya qız vermirəm. Anam əslən Şuşadandır. Anamı qaçırandan sonra özlərinə "komsomol toyu" ediblər". 

Qeyd edək ki, Flora Kərimova ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində H.Turabovun onu sevdiyini, hətta evlənmək istədiyini bildirib.


25 Mar 2019
Şou-biznes

Bəzən fikirləşirəm ki, bizim ayıblarımızı diktatura rejimi örtürmüş - VİDEO

Xalq artisti Brililant Dadaşova Afət Fərmanqızının xalq artisti Flora Kərimovanı təhqir etməsinə biganə qala bilməyib.  

25 Mar 2019
Şou-biznes

Flora Kərimova ilə Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşuldu

Xalq artisti Flora Kərimova ilə Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan müğənni Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşulub. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xalq artisti Kərimovanın Fərmanqızı tərəfindən təhqir olunmasına səssiz qalmayıb.

21 Mar 2019
Şou-biznes

Azərbaycanlı bloqer izləyicisinə “Gelandewagen” verəcək - YENİLƏNİB + VİDEO

Azərbaycanlı bloqer izləyicisinə “Gelandewagen” verəcək - YENİLƏNİB + VİDEO