Üzünü mişarla doğradı, sonra həkim yanına yollandı - FOTO

Üzünü mişarla doğradı, sonra həkim yanına yollandı - FOTO
14 Mar 2019 12:55

Avstraliya sakini təsadüfən üzünü motomişarla doğrayıb, sonra da xəstəxanaya yollanıb.

Realpress.az How I Survived-ə istinadən bildirir ki, 68 yaşlı Bill Sinqlton odun doğramaq üçün meşəyə yollanmışdı. Özü ilə müxtəlif ölçülü iki motomişar aparan Sinqlton daha iri motomişarı işə salıb.

Ağacı doğramağa başlayanda motomişar əlindən çıxıb.

Mişar B.Sinqltonun üzünü tən yarıdan kəsib. Dili kəsildiyindən o, telefonla zəng vurub yardım çağıra bilməyib. Güclü qanaxma nəticəsində huşunu itirən Sinqlton bir müddət sonra özünə gəlib, maşına tərəf 40 metr sürünüb və əlinə keçən parçalarla üzünə sarğı qoyub.

"Meşədə kimsənin mənə yardım edəcəyinə ümid etmədim. Ona görə maşına oturub xəstəxanaya yollandım", - deyən Sinqlton üzünü əli ilə tutaraq 32 km məsafəni avtomobildə qət edib.

O, xəstəxanada dərhal cərrahiyyə əməliyyatına məruz qalıb. Xəstəxanada üç həftə qalandan sonra Sinqlton evə buraxılıb.

Baş verənlərə rəğmən Bill Sinqlton yenə meşəyə odun doğramağa gedir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.