Bakıda dönərdən zəhərlənən tələbələrdən xəbər var

Bakıda dönərdən zəhərlənən tələbələrdən xəbər var
14 Mar 2019 12:50


Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən yeddi nəfər zəhərlənib.

Səhiyyə Nazirliyindən realpress.az-a verilən məlumata görə, həmin şəxslər Kliniki Tibbi Mərkəzə (KTM) aparılıb:

“Həmin şəxslərdən ikisi 18 yaşına çatmadığı üçün 2 saylı Əbülfəz Qarayev adına uşaq klinik xəstəxanasına yerləşdirilib. Beş nəfər isə KTM-in yoluxucu xəstəliklər şöbəsinə aparılıb. KTM-ə yerləşdirilən üç nəfər artıq evə buraxılıb”.

“Qalan xəstələrin ümumi vəziyyəti yaxşıdır. Zəhərlənənlərin həyati təhlükəsi yoxdur”, - deyə nazirlikdən qeyd edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən realpress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Sahibkarlıq subyektindən götürülən nümunələr laboratoriyalara təqdim olunub. Nəticələrlə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.