Problemli kreditlərlə bağlı kompensasiya ödənişinin vaxtı məlum oldu

Problemli kreditlərlə bağlı kompensasiya ödənişinin vaxtı məlum oldu
13 Mar 2019 17:23


Problemli kreditlərlə bağlı kompensasiyaların qaytarılması və kreditlərin restruktrizasiyası ilə bağlı mexanizm martın 15-də açıqlanacaq. Kompensasiyaların verilməsinə isə ən geci aprel ayının ortalarından başlanılacaq.

realpress.az xəbər verir ki, banklarda bu kreditlərlə bağlı xüsusi İşçi qrup işləyir və hər bir müştəri ilə bağlı məlumatların toplanılması sona çatmaq üzrədir.

İşçi qrupa bankın kredit, müştəri şikayəti üzrə mütəxəssisləri, İdarə Heyətinin üzvləri daxildir.

Hazırda banklar gərgin rejimdə çalışırlar və gün ərzində həm telefon zənglərinə, həm də banka gələn müştərilərə məlumat verilir.

Problemli kreditlərin çox olduğu banklarda bəzən mindən çox zəngə cavab vermək lazım gəlir, üstəlik, hər bir verilən sual rəsmiləşdirilərək, günün sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasına  göndərilir.

Qeyd edək ki, ölkə banklarının arasında problemli kreditlərin həcminə görə “Bank of Baku” ASC və “Unibank” ASC-də daha çox müştəri var. Ona görə də bu bankların şöbə və filialları “yüklənmiş iş rejimi”ndə çalışırlar. Xüsusən banklardan kredit tarixçələri ilə bağlı çıxarış alanların sayı çoxdur.   

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, banklar tərəfindən bu proses elektronlaşdırılacaq və vətəndaşın adına kart açılacaq. Banklar hər bir müştəriyə zəng vuraraq ona bütün məlumatları çatdıracaqlar və növbəli qaydada kompensasiyalar ödəniləcək. Aprelin ikinci yarısıından sonra əlaqə saxlanılmadığı halda vətəndaşın banka müraciət etməsi məsləhət görülür.

V.Bayramovun sözlərinə görə, kredit götürənin əvəzinə borcu zamin ödəyibsə, ona fərdi yanaşma tətbiq ediləcək və kompensasiyanın ödənişindən onlar da yararlanacaqlar.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.