Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün iki səhnə əsəri hazırlayıb.
Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, səhnə əsərləri klassik və çağdaş əsərlər əsasında hazırlanıb. Belə ki, tamaşaçılar martın 16-da “Tıq - tıq xanım”, martın 17-də isə “Tənbəl Əhməd” tamaşalarına baxa biləcəklər.
Qeyd edək ki, ötən həftəsonu sənət ocağı dörd səhnə əsəri ilə çıxış etmişdi.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.