Ac mədəyə yeyilməsi qadağan olunan qidalar – QARA SİYAHI

Ac mədəyə yeyilməsi qadağan olunan qidalar – QARA SİYAHI
12 Mar 2019 10:15

Səhər tezdən acqarına, boş mədəyə yediyiniz bir çox faydalı hesab etdiyiniz qidalar əksinə səhər yeməyinə yeyilməməlidir.
Realpress.az Medicina.az-a istinadən dietoloqların qara siyahısını təqdim edir:

1. Sitrus meyvələri
Limon, portağal, mandarin, kivi və s. səhərlər şirəsini içmək, ac mədəyə meyvəsini yemək, hətta dəbdə olan səhərlər portağal şirəsi belə sən demə əksinə zərərli imiş. Ac mədəyə düşən sitrus meyvələri onun selikli qişasını qıcıqlandırır, turşu balansını pozur, allergiya verir, mədədə səpkilər yaradır.
Eləcə də yenicə oyanan və gecə təmizləmə işini bitirmiş qaraciyəri səhər tezdən sitruslarla yükləmək olmaz.  Acqarına portağal şirəsi mədə qastriti üçün qısa yoldur. 
Sitrus meyvələrindən öncə mədəyə sıyıq, çörək və s. kimi qidalar daxil olmalıdır.
2. Banan
Bananda yüksək dərəcədə maqniy olduğu üçün, o ürəyi aktivləşdirir. Amma səhər tezdən banan yemək kalium-maqniy balansını pozur. Ona görə acqarına banan yedikdə insan günboyu əzgin olur. 
3. Çiy tərəvəz
Arıqlayacam, faydalıdır deyə səhər yeməyində çiy tərəvəzləri bol etmək zərərinədir. Qastrit və xora çiy tərəvəzin turşu təsiri ilə artacaq. Onlar mədə divarını yeyir.
4. Yoqurt
Bu faydalı, dietik qidanı da acqarına yemək olmaz. Çünki yoqurt faydalı bakteriyalarla zəngindir, orqanizmə isə səhər tezdən əlavə bakteriya yükü lazım deyil. Yoqurtu günorta və ya axşam yeyin.
5. Soyuq içkilər
Soyuq su, içki, şirə mədə divarını soyudur, yeyilən qidaların həzmini çətinləşdirir, gün ərzində narahatlıq verəcək.
6. Şirniyyat
Araşdırmalara görə, 45 yaşdan sonra diabetdən əziyyət çəkən insanların əksəriyyəti səhərlər şirniyyat və şəkərli qidalar yeyən olublar. Səhər tezdən mədəaltı vəzi kifayət qədər insulin sintez etmək gücündə deyil, ona görə, səhər acqarına şirniyyat vəzi üçün ölümcüldür.
7. Qəhvə və kofeinli içkilər
Səhər qəhvə içmək olar, amma yeməkdən sonra. Acqarına qəhvə mədə və qaraciyər üçün xoş deyil. 
Mədəaltı vəz isə qəhvəni xoşlamır.
Əgər bu qaydalara əməl etsəniz, mədə, qaraciyərinizi qorumuş olarsız. Çünki səhər nə yeməyiniz gün ərzində sizə təsir edir.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.