Norveçli modelyer Qarabağ həqiqətlərini podiumda göstərdi

Norveçli modelyer Qarabağ həqiqətlərini podiumda göstərdi
11 Mar 2019 13:15

Türkiyədə “Antalya Fashion Week 2019” adı altında keçirilən moda günlərində Norveçdə yaşayan əslən azərbaycanlı Şervin Nəcəfpurun “I’m a Star” kolleksiyası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, kolleksiyada modellərin çıxışı zamanı fonda Azərbaycanın ərazi bütövlüyünün, eləcə də işğal olunmuş şəhərlərinin adı “I’m a star in Khojaly” , “I’m a star in Shusha”, “I’m a star in Tabriz” və s. yayımlanıb. Sonda nümayişin əsas ulduz modeli olan “Mister Azərbaycan” və “Best Model” yarışmalarının qalibi Şakir Əhmədzadə podiuma “I’m a star in Karabakh” şüarı ilə çıxıb.

Kolleksiyanın həm ideya konsepti, həm də nümayiş olunan geyimlər moda tənqidçiləri və dəb bloggerləri tərəfindən maraqla qarşılanıb.

Kolleksiyanın kristal daşlardan ibarət taclarını dizayner Gülnar Məmmədova hazırlayıb. Ənənəvi olaraq hər il keçirilən “Antalya Fashion Week” dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır.

Qeyd edək ki, dizayner Şervin Nəcəfpur Norveçin bir çox məşhur ulduzlarının geyimlərini hazırlayan ən bahalı dizaynerlərdən biridir.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.