Akrobatlarımız Portuqaliyada 3-cü oldular

Akrobatlarımız Portuqaliyada 3-cü oldular
11 Mar 2019 13:00

Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku başa çatıb.

Realpress.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu kubok 2019-cu ildə yığma komandamızın qatıldığı ilk turnir olsa da, gimnastlarımız mövsümə uğurla start verib. Belə ki, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi turniri bürünc medalla başa vurublar. Birinci pillədə Rusiya, ikinci yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar. Digər qarışıq cütlüyümüz Nurcan Cabbarlı və Ağasif Rəhimov isə finala adlaya bilməyiblər.

Kişi cütlüyümüz Seymur Cəfərov və Murad Əkpərov da final mərhələsində çıxış ediblər. Lakin proqramlarını icra edərkən yol verdikləri səhv onları medaldan uzaq salıb və cütlük sıralamada 5-ci oub.

Kubokda cütlüklərimizlə yanaşı, ilk dəfə olaraq böyüklər proqramında çıxış edən qadınlardan ibarət qrupumuz da iştirak edib. Ləman Məmmədova, Emiliya Nəzərli və Raziyə Seyidlinin ilk təcrübələri olsa da, qızlarımız finala düşməyi bacarıblar və yarışı 7-ci yerdə bitiriblər.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.