ABŞ-Azərbaycan Forumu keçiriləcək

ABŞ-Azərbaycan Forumu keçiriləcək
07 Mar 2019 11:42

Aprel ayında İllinoy Ştatında ABŞ-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək.

Realpress.az xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.

Diplomat bir daha Azərbaycanın ABŞ-la sadiq strateji tərəfdaş və regionda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edib.

İki ölkə arasındakı iqtisadi münasibətlərə toxunan səfir Azərbaycan Dövlət Neft Fondunun ABŞ-da böyük həcmdə investisiya yatırdığını, həmçinin ABŞ-ın ölkəmizdə müxtəlif sahələrə, o cümlədən enerji, kənd təsərrüfatı sahələrinə yatırımlar etdiyini bildirib: 

“Bu əlaqələr ilbəil artır. Ümumilikdə ölkəmizlə ABŞ-ın iqtisadi əlaqələri yüksək səviyyədədir. Azərbaycan Boeing 787 Dearmliner təyyarələrinin alınması ilə bağlı bu şirkətlə mühüm layihələrə imza atıb. Azərbaycan Hava Yolları iki ölkə arasında birbaşa uçuşlar həyata keçirir. Məhz bu əlaqələrin nəticəsi olaraq cari ilin aprel ayında İllinoy Ştatında ABŞ-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək”. 

Səfir onu da əlavə edib ki, Azərbaycan ABŞ-ın Yuta ştatı ilə iqtisadi sahədə əməkdaşlığı nəzərdən keçirəcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.