Afaq Bəşirqızı bəzi məmurları kəskin tənqid etdi — Özündən qabaq qarnı gələnlərə biz nə qədər güzəştə gedək?

Afaq Bəşirqızı bəzi məmurları kəskin tənqid etdi — Özündən qabaq qarnı gələnlərə biz nə qədər güzəştə gedək?
07 Mar 2019 10:43

Xalq artisti Afaq Bəşirqızının paylaşdığı video rekord qırıb.

Realpress.az xəbər verir ki, mart ayının ilk günü prezidentin mədəniyyət işçiləri ilə görüşündəki çıxışından sonra Afaq Bəşirqızı xalqın böyük rəğbətini qazanıb.  Xalq artisti bu yaxınlarda uzun fasilədən sonra elektron mediaya müsahibə verib.

Aktrisa müsahibəsini öz sosial hesabında paylaşıb.  Bundan sonra video bir gün ərzində 2 milyondan artıq izlənərək Azərbaycanda izləmə rekordu qırıb. 

Müsahibədə Afaq Bəşirqızı bəzi məmurları kəskin tənqid edib:

"Məmuru stola oturdanda, demirlər ki, bu sənin ata evindir, istəyirsən dağıt, istəyirsən qur, istəyirsən də ye, üstündən su iç. Özündən qabaq qarnı gələnlərə biz nə qədər güzəştə gedək? Axı belə olmaz. Bu qədər haqq taptalanır".  

Qeyd edək ki, prezidentlə görüşdəki çıxışı da 4,6 milyondan çox izlənib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.