Afaqı danışmağa nə vadar etdi? - Prezidentlə görüşün pərdəarxası məqamları (VİDEO)

Afaqı danışmağa nə vadar etdi? - Prezidentlə görüşün pərdəarxası məqamları (VİDEO)
04 Mar 2019 16:55

Ötən həftə prezident İlham Əliyevin mədəniyyət və incəsənət adamları ilə görüşü olduqca maraqlı məqamlarla yadda qalıb. Xalq artistlərinin çıxışları, onların təmsil etdiyi qrumların, özlərinin və ətrafındakıların problemlərini prezidentə çatdırması maraqlı məqamları ortaya çıxarıb.

Realpress.az bizimyol.info-ia istinadən xəbər verir ki, prezidentlə keçirilən görüşdə bir çox önəmli xalq artistləri, təşkilat rəhbərləri protokoldan kənar çıxış edib. 

Çıxışı ən çox müzakirələrə səbəb olan və bir neçə gündür sosial şəbəkələrdə dəstəklənən xalq artisti Afaq Bəşirqızı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova da protokoldan kənar danışıb.


Kadrlardan da göründüyü kimi heç bir dividentə sahib olmayan Mehriban Zəkinin protokola daxil edilərək kino haqda danışması bu qrumun sədri Şəfiqə Məmmədovanı hərəkətə gətirib. 


Mikrofondan uzaq olduğu üçün xalq artisti Bakı Müsiqi Akademiyasının rektoru Fərhad Bədələbəyli ilə yerini dəyişir və istəyinə nail olaraq bütün sözlərini Prezidentə çatdırır.


Afaq Bəşirqızını danışmağa vadar edən isə xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın çıxış edərək heç kimin xahiş etməməsini istəməsi olub.


Bu çıxışdan sonra xalq artisti Afaq Bəşirqızı mikrofonların yanında olan siyahıya baxır və danışığı nəzərədə tutulmadığını görüb birbaşa mikrofonu yandırır, o da öz sözlərini və problemləri prezidentə çatdırır. Onların bu addımı zalda təəccüblə qarşılanır. 


Protokoldan kənar çıxış etmələrinə baxmayaraq, prezident İlham Əliyev onların təkliflərini qəbul edib və bu istiqamətdə bütün tapşırılarını verib. 

























 



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.