ABŞ Konqresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib

ABŞ Konqresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib
28 Fev 2019 10:50


ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsinin etnik azərbaycanlıların ən böyük qətliamı olduğu vurğulanıb.

Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin hücumundan əvvəl yeddi min sakininin olduğunu vurğulayan konqresmen kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 600-dan çox dinc sakinin qətlə yetirildiyini, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, səkkiz ailənin tamamilə məhv edildiyini bildirib.

S.Koen atəşkəsin imzalanmasından iyirmi ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20 faiz ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz yurdundan didərgin düşdüyünü qeyd edib.

Bəyanatda təmas xəttində zorakılığın davam etməsinin ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupundakı fəaliyyətini daha da gücləndirməsini zərurətə çevirdiyi diqqətə çatdırılıb.

Konqres üzvü Azərbaycanın təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib.

S.Koen bu əməkdaşlığın kütləvi qırğın silahlarının yayılmamasında Azərbaycanın rolu, Kosovo, İraq və Əfqanıstanda Azərbaycan əsgərlərinin ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət etməsi, koalisiyanın Əfqanıstandakı qüvvələrinin təchizatı üçün Azərbaycan məkanından tranzit məqsədilə istifadəsi, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın alternativ enerji mənbələri ilə təmin olunması, İsrailin neft istehlakının təxminən 40 faizinin ölkəmiz tərəfindən təmin olunması kimi sahələri ehtiva etdiyini bildirib. Bəyanatda, həmçinin Azərbaycandakı yəhudi icması və İsraillə əməkdaşlıq xüsusi vurğulanıb.

Sonda Konqres üzvü bu faciədə həyatını itirmiş insanların xatirəsini bir daha yad edərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylərin dəstəklənməsində daha qətiyyətli olmağa çağırıb.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.