İranın Ali dini lideri Əli Xamenei Tehranda Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub.
Bununla bağlı İranın “Mehr” agentliyi məlumat yayıb.
O bildirib ki, İran Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır.
Ə.Xamenei əlavə edib ki, Qarabağ məsələsinin həlli Ermənistan və Azərbaycan arasında müzakirələrin davam etməsinə bağlıdır.
Görüşdə İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif də iştirak edib.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.