Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə rəsm müsabiqəsi elan olunub

Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə rəsm müsabiqəsi elan olunub
27 Fev 2019 13:10

Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə “Soyqırım” adlı respublika rəsm müsabiqəsi elan edib.

AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər əsərlərini martın 25-26-da saat 10:00-dan-18:00-dək Azərbaycan Rəssamlar İttifaqına (Ünvan: Bakı ş. Xaqani küçəsi 43, Tel: 493-62-30) təqdim edə bilərlər. Müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, incəsənət əsərləri vasitəsi ilə Xocalı faciəsi və digər soyqırımı hadisələri zamanı törədilmiş soyqırımı faktlarını, zaman-zaman xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, eyni zamanda, dövlətimizin ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini əks etdirməli və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir.

Müsabiqəyə rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət janrında olan əsərlər qəbul olunacaq.

Təqdim olunacaq əsərlərə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət komissiya tərəfindən baxılacaq. Əsərlər “deviz” və “şifr” ilə təhvil verilir. Bağlı zərfin içində iştirakçı rəssamın soyadı, adı, atasının adı, təvəllüdü, telefon nömrələri, əsərin adı, ölçüsü və texnikası qeyd olunmalıdır. Təhvil verilən hər bir əsərin arxa tərəfində, “deviz”, “şifr” qeyd olunmalıdır. Müsabiqənin şərtlərinə uyğun olaraq qalib iştirakçılara sonda pul mükafatı və diplom təqdim olunacaq.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.