Uşaqların əsəbi olmasına əsas səbəb - Diqqətsizliyə və beyin inkişafına da mane olur

Uşaqların əsəbi olmasına əsas səbəb - Diqqətsizliyə və beyin inkişafına da mane olur
26 Fev 2019 09:25

Keyfiyyətli yuxu, uşağın böyümə və inkişafı üçün olduqca əhəmiyyətlidir. Alimlər uşaqların və körpələrin kifayət qədər yatmadıqları təqdirdə onların beyin inkişaflarında ləngimə, əsəbilik, diqqətsizlik, iştahsızlıq, öyrənmə qabiliyyətinin azalması və hiperaktivlik yarandığını bildirirlər.  

Realpress.az medicina.az-a istinadən bildirir ki, müasir zamanda analar həm işləyir həm də uşaqlara baxırlar.  Bu zaman uşaqların yuxu problemləri bütün ailəyə mənfi təsir gösrətə bilər.  Yuxu uşağın fiziki olaraq dincəldiyi və beyninin bəzi bölgələrinin gündüzə nisbətən daha aktiv işlədiyi bir vaxtdır. Bu səbəbdən də uşağın fasiləsiz yuxusu onun inkişafı üçün çox əhəmiyyətlidir.

Yuxu boyunca uşağın mərkəzi sinir sistemi inkişaf edir və beyin hüceyrələri arasında yeni bağlar yaranır. 

Buna görə də 0-5 yaş arası uşaqlar ən gec 20.00-21.00 yatmalı və səhər saat 08.00-dan gec olmayaraq yuxudan oyanmalıdırlar. Gecə saat 22:00-da yuxuya gedən bir uşaq  20:00-21:00 saatları arasında orqanizmində sintez olunan hormonlardan faydalana bilməyəcək. 

Körpələr rejimi çox sevirlər. Belə olduqda onlar özlərini rahat hiss edirlər. Rejimə salındıqda uşaqlar daha rahat yatır, qidalanır və normal inkişaf edirlər.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.