Bu pendirlər XƏRÇƏNG YARADIR - Dietoloqdan ŞOK XƏBƏRDARLIQ

Bu pendirlər XƏRÇƏNG YARADIR - Dietoloqdan ŞOK XƏBƏRDARLIQ
25 Fev 2019 11:22

Avropa Alimlər İttifaqının mütəxəssisləri apardıqları uzun araşdırmalar nəticəsində müəyyən edib ki, kiflənmiş pendir qocalma prosesini ləngidir. Onların sözlərinə görə, bu pendirin tərkibində spermidin maddəsinin bolluğu hüceyrələrin toksindən təmizlənməsinə gətirib çıxarır. Nəticədə ürək əzələləri daha yaxşı işləyir və qan təzyiqi aşağı düşür.

Realpress.az xəbər verir ki, türkiyəli dietoloq Cansu Arslan isə üstü qırmızı, qara və bej rəngli kiflənmiş pendirin insan sağlamlığına ciddi fəsadlar verə biləcəyini, hətta xərçəngə səbəb ola biləcəyini iddia edib.

"Penisilinə qarşı allergiyası olanlar, təzyiq və böyrək problemi olan xəstələr, hamilələr, miqrendən əziyyət çəkənlər, xüsusilə kimyəvi müalicə alan xəstələr qırmızı, qara rəngli kifli pendirdən istifadə edə bilməz.

Pendir zülal-yağ dəyəri yüksək bir qidadır. Dünyada fransızların məşhur "Rokfor" pendiri, İngilislərin "Blue Cheese" pendiri, İtalyanların "Gorgonzola" pendiri qidalandırıcı kifli pendirdir. Kifli pendir növləri yaxşı şəraitdə istehsal edildiyi müddətdə heç bir problem yoxdur".

Dietoloqun sözlərinə görə, gündə 30 qram (bir yumurta boyda) yüksək keyfiyyətdə hazırlanmış kifli pendir isə faydalıdır:

"Kifli pendir gigiyenik baxımdan təmiz südlərdən hazırlanmalı, yetişmə dövründə temperatur və rütubət səviyyəsi düzgün təyin edilməlidir. Yetkinləşmə mərhələsində pendir zirzəmilərdə, mağaralarda və ya gil qabda küldə basdırılmış şəkildə saxlanılır". (publika.az)


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.