İsmayıllı rayonunda ər arvadını öldürdü

İsmayıllı rayonunda ər arvadını öldürdü
20 Fev 2019 11:16

İsmayıllı rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Realpress.az bildirir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, qanlı hadisə ötən ilin yayında İsmayıllı rayonunda baş verib. Kürdmaşı kənd sakini, 30 yaşlı Səfərova Ceyhunə Adil qızı həyat yoldaşı E.Cəfərov tərəfindən öldürülüb. Cinayəti törədərək hadisə yerindən qaçan E.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.