Ödənişli iOS əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb

Ödənişli iOS əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb
19 Fev 2019 10:58

Hakerlərin “Apple” şirkətinin hazırladığı texnologiyaya müdaxiləsi nəticəsində istifadəçilər “iPhone” üçün “Spotify”, “Angry Birds”, “Pokemon Go” və “Minecraft” daxil olmaqla əksər populyar oyun və əlavədən pulsuz yararlanmaq imkanı əldə ediblər. Bu barədə “Reuters” informasiya agentliyinin tədqiqatında deyilir.   

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, cinayətkarlar şirkətlərə “App Store” qaydalarından yan keçərək əməkdaşların daxili istifadəsi üçün əlavələr yaratmaq məqsədilə verilən korporativ sertifikatlardan istifadə ediblər.  

Əlavələrin korporativ sertifikatlar proqramından istifadə üçün onlayn formanı dolduraraq 300 dollar ödəmək tələb olunub. Bu halda heç bir yoxlanış, sistem nəzarəti və təhlükəsizlik, standartlar və məlumatların şifrlənməsi mövcud olmayıb. Nəticədə “App Store” mağazasında onlarla qadağan olunmuş kontentli əlavə yayılıb.

“TutuApp” alternativ proqramlar mağazasının tərtibatçıları tərəfindən istifadəçilərə “App Store”da qiyməti 7 dollar təşkil edən “Minecraft” oyununun pulsuz versiyası təklif olunub. Digər lisenziyasız “AppValley” servisi isə “Spotify” musiqi xidmətinin pulsuz versiyasını paylaşıb.

“Apple” şirkəti qaydalara əməl etməyən tərtibatçıların diqqətinə onları “qara siyahı”ya daxil edəcəyi barədə xəbərdar edərək daha sərt autentifikasiya sisteminin tətbiq ediləcəyini bəyan edib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.