DYP hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ ETDİ

DYP hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ ETDİ
18 Fev 2019 17:14

Dövlət Yol Polisi Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib ki, sürücülik təcrübəsi az olan sürücülər qarlı havada və buz bağlamış yollarda avtomobil idarə etməməlidirlər. 

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 18-dən 19-na keçən gecədən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. 

BDYPİ bununla əlaqədar sürücülərin nəzərinə çatdırır ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün, sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, bəzi yolların buz bağlama ehtimalını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməlidirlər. Eyni zamanda zərurət olmadan sürücülərin ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər, eləcə də kəskin tormazlama etməmələri tövsiyə olunur”, -Dövlət Yol Polisindən bildirilib. 

Qeyd olunub ki, qarlı, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri onların özləri, eləcədə digər hərəkət iştirakçıları üçün təhlükə yaratma ehtimalı yüksəkdir: "Bunu nəzərə alınaraq, qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur".

Realpress.az


29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.