Həkim-uroloq: Böyrək kistasının dərman üsulu ilə müalicəsi yoxdur

Həkim-uroloq: Böyrək kistasının dərman üsulu ilə müalicəsi yoxdur
18 Fev 2019 15:57

İnsanlar arasında adətən solitar (sadə) böyrək kistalarına çox rast gəlinir.

Bu da insan populyasiyasında 20% təşkil edir. Yəni, hər beş insandan birində kista aşkarlanır.

Bunu report-a açıqlamasında həkim-uroloq Elçin Mustafayev deyib.

Mütəxəssisin sözlərinə görə, adətən bu kistaların ölçüsü kiçik olur və mürəkkəb deyil: "Üç halda əməliyyat və ya müalicə üçün göstəriş verilir.

İlk növbədə, ölçüsü 5 sm-dən (adi böyrəyin ölçüsü 10 sm olur) böyük olan və böyrəyin işləməsinə, yerləşməsinə mane olan kistaları əməliyyatda götürürük.

İkincisi, böyrək kistasına bel nahiyəsindən zərbə dəyərsə kistanın daxilinə qanaxma verə bilər ki, bu da sonradan qan laxtalarının irinləməsinə səbəb ola bilər. Belə olan halda böyrək kistasının daxilindəki maye bulanıqlaşır.

Üçüncüsü isə həmin kistaların sonradan bədxassəli törəmələrə çevrilməsidir. Böyrək şişinə şübhəni artıran əlamətlər olduğu halda belə biz yenə də əməliyyata üstünlük veririk. Bir faktı qeyd edim ki, böyrək kistasının dərman üsulu ilə müalicəsi yoxdur".

O əlavə edib ki, böyrəkdə kistanın olması təsadüfən aşkarlanır: "Ölçüsü böyük kistalar isə insanda böyrəkdə ağrı çox olan zaman aşkar edirik. İnsanlara tövsiyə edərdik ki, bel nahiyəsində ağrı olarkən vaxt itirmədən həkimə müraciət etsinlər".

E.Mustafayev qeyd edib ki, Azərbaycan sidik daşı xəstəliyi üçün endemik zona sayıldığından bu xəstəliyə daha çox rast gəlinir: "Qadınlarda isə daha çox sistitlər, yəni sidik yollarının iltihabı xəstəlikləri qeydə alınır.

Qəbzlikdən əziyyət çəkən insanlarda qasıq yırtığı xəstəliyinin əmələ gəlmə ehtimalı yüksəkdir. Qarındaxili təzyiqi artıran hər bir xəstəlik qasıq yırtığının riskini artırır".

Kişilərdə yaranan böyrək xəstəliklərin cinsi problemlərə yol aça biləcəyini deyən həkim-uroloq vurğulayıb ki, kişilərdə böyrəklə əlaqəli yaranan problemlər gələcəkdə böyrək çatışmazlığına səbəb ola bilər: "Bu da müəyyən hormonların bədəndən çətin çıxmasına gətirib çıxara və nəticədə cinsi həvəsin aşağı düşməsinə dəlalət edir". 

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.