Sizə bəzi rəqəmləri demək istəyirəm.. - Mikayıl Cabbarov faktları AÇIQLADI

Sizə bəzi rəqəmləri demək istəyirəm.. - Mikayıl Cabbarov faktları AÇIQLADI
18 Fev 2019 13:28

“2019-cu ildə vergis sahəsində keçirilən işlərin prioritetləri əvvəlki kimi qalır. Əsas məqsədlər kölgə iqtisadiyyatı ilə mübarizədir”.

Realpress.az  xəbər verir ki, bu sözləri vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Vergilər, Şəffaflıq, İnkişaf" adlı forum da çıxış edərkən deyib.

"Sizə bəzi rəqəmləri demək istəyirəm. Bu rəqəm həmin məsələlərlə bağlı müəyyən fikir yaradacaq. 2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930. mln manat, market şəbəkələrində 122 mln. manat, özəl tibb müəssisələrində isə 230 mlnş manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib", - nazir bildirib.

M.Cabbarov məlumat verib ki, 2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb. Buyoxlamalar 0,4 faiz göstərici deməkdir. 

"Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilsə də biz səylərimizi davam etdirəcəyik"-nazir deyib.

M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb: "Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib".

Nazir qeyd edib ki, yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq: "Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi".


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.